Əsgər yoldaşını güllələyən erməni həbs edildi

   Əsgər yoldaşını güllələyən erməni həbs edildi
  14 Dekabr 2021    Oxunub:1010
Ermənistan ordusunda növbəti həbs qalmaqalı yaşanıb. Bir neçə gün öncə baş vermiş əsgər ölümü, Senik Arzumanyanın güllələnməsi və iki əsgərin yaralanması faktı ilə bağlı cinayət işi yekunlaşıb.
Artıq bir nəfər həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

- Bu günlərdə çağırışçı əsgərlərdən birinin hərbçi yoldaşını öldürməkdə və bir neçə nəfəri yaralamaqda şübhəli bilinərək saxlanılması barədə məlumat yayıldı. Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir sıra tutarlı faktlar aşkar ediblər. Əldə edilən sübutlar əsasında həmin şübhəli şəxs barəsində cinayət işi açılaraq həbs edilib,-yerli media insidentin nəticələri ilə bağlı yazıb.

Qeyd edək ki, dekabrın 10-da Ermənistandakı hərbi hissələrdən birində xidmət aparan əsgər Senik Arzumanyan həmkarı tərəfindən güllələnərək öldürülmüş, daha iki hərbçi isə ağır yaralanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti