“NATO-nun genişlənməsi gündəmə gəlsə, Rusiyanın fikrini soruşan olmayacaq” – Yevgeni Maqda
- Bəzi avropalı ekspertlər deyirlər ki, Ukrayna Belarus-Polşa sərhədində toplanmış miqrant qruplarını qəbul edə bilər. Bu məsələ ilə bağlı Avaropa Birliyindən hər hansı müraciət olubmu? Ümumiyyətlə, Ukrayna onları qəbul etməyə hazırdırmı?
- Bundestaqdakı ASDP fraksiyası müşavirinin bəyanatından başqa bu məsələ ilə bağlı müraciət olmayıb. Hesab edirəm ki, bu gün həmin problemin kəskinliyi xeyli azalıb, bir neçə min miqrant öz vətəninə qayıdıb. Bundan əlavə, Ukrayna Belarusdan fərqli olaraq, AB ilə readmissiya sazişinə malikdir. Ona görə də, miqrantların Belarusdan Ukraynaya tranziti məsələsi aktual deyil.
- ABŞ prezidenti Co Bayden bildirib ki, NATO-nın aparıcı ölkələrinin Rusiya ilə görüşü hazırlanır. Məqsəd Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını müzakirə etmək və alyansın Şərq cinahında gərginliyi azaltmaqdır. Bu görüşdən gözləntiləriniz nədir?
- Mən Cozef Baydenin bu yanaşmasını səhv hesab edirəm. Çünki o, əslində NATO daxilində gərginlik yaratmaqla Vladimir Putinin əlinə oynayır. Anladığım qədərilə həmin müttəfiqlər Böyük Britaniya, Fransa, Almaniya və İtaliya olacaqlar. Bayden Putinlə söhbətindən əvvəl və sonra onların liderlərilə danışıb. Kreml bu məsələdə ən kiçik güzəştlərdən də öz maraqları üçün istifadə etməyə çalışacaq. NATO-nun genişlənməsi yaxın gələcəkdə gözlənilmir, lakin bu baş verdikdə Rusiyanın fikrini soruşan olmayacaq. Əks halda, NATO özünü dünyanın ən böyük müdafiə alyansı kimi gözdən salmış olardı.
Cavad Muradov
Nadir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


