"Baydenin Rusiyaya qarşı sanksiya hədələri yetərli deyil" - Zelenski
"Amerika və Rusiya liderləri arasında aparılan danışıqlardan sonra sərhədlərimizə yaxın hərbi qruplaşmanın tərkibində azalma yoxdur. Üstəlik, eskalasiya üçün daha bir məkan – akvatoriyasının 70%-i Rusiyanın nəzarəti altında olan Azov dənizində yaranıb", - Ukrayna lideri söyləyib.
Putin və Bayden dekabrın 7-də video-konfrans formatında qapalı danışıqlar aparıblar. Görüşün nəticəsi barədə Ağ Ev bəyan edib ki, Bayden Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını bildirib, diplomatik yolla nizamlanmaya çağırıb, iqtisadi sanksiyalar da daxil olmaqla, qətiyyətli tədbirlərlə hədələyib.
Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və onları sabotaj etməsi barədə məlumatlandırıb. Bildirib ki, məhz NATO Ukrayna ərazisini özünə çəkmək üçün təhlükəli cəhdlər edir və Rusiya sərhədlərində hərbi potensialını artırır.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Vladimir-Zelenski







Vaxtında, Aydın, Lazımlı!


