“The New York Times” ABŞ hərbçilərinin cinayətlərini ifşa etdi

      “The New York Times”    ABŞ hərbçilərinin cinayətlərini ifşa etdi
  14 Dekabr 2021    Oxunub:1502
ABŞ hərbçiləri Suriyda xeyli sayda dinc əhalinin ölümünə səbəb olub. AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin dərc etdiyi məqalədə qeyd edilir ki, ABŞ-ın Suriyada məxfi fəaliyyət göstərən xüsusi təyinatlıları hava hücumları üçün səhv hədəflər təklif ediblər. Bu bölmənin davranışları çox vaxt mülki əhalinin itkisi ilə nəticələnirmiş.

"Vaşinqton İrana zərbə vurmağa cəsarət etməyəcək"- Kedmi
Anonim mənbələr qəzetə Suriyada fəaliyyət göstərən “Talon Anvil” dəstəsi barədə məlumat verib. Bildirilir ki, bölmə təhlükəsizlik standartlarını pozub və alınan kəşfiyyat məlumatı həmişə yoxlanılmayıb. Bu bölmənin 2014-cü ildən 2019-cu ilə qədər fəaliyyət göstərməsi Mərkəzi Kəşfiyyat İdarəsi və digər hərbi qulluqçuların narahatlığına səbəb olub. "Talon Anvil" bölməsinin sayı 20 nəfərdən çox olmayıb və məlum hədəflərə qarşı bütün hərəkətlərin koordinasiyası zamanı 112 minə qədər raket və bomba atılıb.

- Zərbələr çox vaxt mülki əhalinin itkisi ilə nəticələnib, ailələr, uşaqlar, fermerlər və döyüşlərdən qaçaraq sığınacaq tapmağa çalışan hər kəs öldürüldü. Maraqlıdır ki, çoxlu sayda zərbələr yüksək rütbəli hərbçilərin əmri ilə deyil, yalnız qrup daxilindəki komandirlərin təşəbbüsü ilə endirilib,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   ABŞ  



Xəbər lenti