Tixanovskayanın əri 18 il müddətinə həbs cəzası aldı

Tixanovskayanın əri 18 il müddətinə həbs cəzası aldı
  14 Dekabr 2021    Oxunub:1426
Belaruslu bloqer və prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski 18 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik-Belarus” məlumat yayıb.

Qomeli Vilayət Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyası Mərkəzi Seçki Komissiyasının işinə maneçilik törətməklə kütləvi iğtişaşların təşkili və sosial ədavətin qızışdırılması işi üzrə daha 5 nəfərə hökm çıxarıb.

Məhkəmə Sergey Tixanovskini 18 il, Nikolay Statkeviçi 14 il, İqor Losiki 15 il, Artem Sakovu 16 il, Vladimir Tsıqanoviçi 15 il, Dmitri Popovu isə 16 il müddətinə həbs cəzasına məhkum edib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

Qeyd edək ki, onlar ötən ilin yazında həbs olunublar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus  



Xəbər lenti