Haitidə yanacaq tankeri partlayıb - ölənlər və yaralılar var
Qeyd olunub ki, yanacaq tankerinin sürücüsü motosikletlə toqquşmaqdan yayınmağa çalışarkən qəzaya düşüb.
Partlayış yerli sakinlərin maşınının ətrafında olduqları vaxt baş verib. Palatalarda yer olmadığı üçün yaralıların əksəriyyəti xəstəxananın həyətində yerləşdirilib. Həkimlər istilik və dərman çatışmazlığının olduğunu deyirlər.
Haiti neft terminallarının silahlı dəstələr tərəfindən blokadaya alınması səbəbindən aylardır ölkədə ciddi yanacaq çatışmazlığı yaşanır. Yanacaq qıtlığı əksər sənaye sahələrinə də təsir edib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Haiti







Vaxtında, Aydın, Lazımlı!


