Brüssel sammitində hansı məsələlər müzakirə olunacaq?

Brüssel sammitində hansı məsələlər müzakirə olunacaq?
  14 Dekabr 2021    Oxunub:1131
Brüsseldə dekabrın 16-da keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya və Ukrayna sərhədindəki vəziyyət müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa liderlərinə dəvət məktubunda yazıb.

Aİ-nin sammiti dekabrın 16-da Brüsseldə tam ştat formatında keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti baş tutacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti