Sarkisyan yaxın vaxtlarda Rəisi ilə görüşmək istəyir
Onun fikrincə, Ermənistan-İran mehriban qonşuluq münasibətləri iki xalqa xas olan qarşılıqlı etimad və hörmətlə seçilir.
Sarkisyan vurğulayıb ki, Ermənistan İranla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa önəm verir və bu, dövlətlərin rifahı, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün mühüm şərtdir. O yaxın gələcəkdə görüşmək imkanının olacağına ümid etdiyini bildirib və Rəisi ilə beynəlxalq, regional və ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə edəcəklərini qeyd edib. Bu isə, münasibətlərin inkişafının müsbət dinamikasına töhfə verəcək.
Qeyd edək ki, son bir ildə Ermənistanla İran arasında olan münasibətlər daha da sıxlaşıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


