Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.
**22:00**
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə keçirilir.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


