Rusiyada naməlum şəxs bankdan 10 milyon apardı

Rusiyada naməlum şəxs bankdan 10 milyon apardı
  14 Dekabr 2021    Oxunub:1711
Rusiyada bank qarəti baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Naməlum şəxs Yekaterinburqda bankdan 10 milyon rubla yaxın pul oğurlayıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları quldurun axtarışına çıxıblar.

Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidmətinin rəhbəri Valeri Qorelix jurnalistlərə bildirib bu gün baş verən hadisə zamanı hələlik şəxsiyyəti bəlli olmayan şəxs Oktyabrski rayonunun Dekabristov küçəsində yerləşən banklardan birinə hücum edilib.

-İlkin məlumatlara görə, əlində tapançaya bənzər əşya olan quldur təxminən 10 milyon rubl apara bilib,-yerli saytlar yazıb.

AzVision.az



Teqlər: Bank   Qarət   Rusiya  



Xəbər lenti