"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyirik"- Blinken

   "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyirik"-   Blinken
  15 Dekabr 2021    Oxunub:1208
ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək verdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Amerika diplomatiyasının rəhbəri yazıb: “Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi elçilərin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq və qətiyyətlə dəstəkləyirik”.

Xatırladaq ki, xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin ölkələr arasında çarter reysləri də açılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti