Erməni aviaşirkəti problemlə üzləşib- Rusiya uçuşa icazə verməyib

   Erməni aviaşirkəti problemlə üzləşib-   Rusiya uçuşa icazə verməyib
  15 Dekabr 2021    Oxunub:1054
Ermənistanın yeni “FlyOne Armenia” aviaşirkəti elə ilk uçuşdaca problemlə üzləşib. AzVision.az xəbər verir ki, yerli media “FlyOne Armenia”nın uçuşu lğv etdiyini yazıb.
Aviaşirkətin təyyarəsi yerli vaxtla saat 07:00-da Moskvaya, 13:40-da isə geriyə İrəvana uçmalı imiş. Lakin naməlum səbəblərdən uçuş təxirə salınıb.

Artıq sosial şəbəkələrdə reysin ləğvi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Lakin əsl səbəbi hələlik ölkədə heç kim bilmir. Aviaşirkət isə rəsmi açıqlama verəcəyini vəd edib.

Eyni zamanda “Hraparak” qəzeti yazıb ki, “FlyOne” Rusiya şəhərlərinə uçuşlar həyata keçirmək üçün Moskvadan icazə ala bilməyib. Nəşr həmçinin iddia edir ki, sərnişinlər əvvəlcədən aldıqları bileti nə edəcəklərini bilmirlər, onlara heç bir məlumat da verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti