Oturacağın üzlüyünün altından narkotik çıxdı

Oturacağın üzlüyünün altından narkotik çıxdı
  15 Dekabr 2021    Oxunub:590
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İrandan Rusiyaya “tütün” yükü aparan “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzVision.az -a bildirilib ki, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını deyib. Daha sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib və bu zaman xidməti it avtomobilin kabinəsinin müxtəlif yerlərinə reaksiya verib.

Yoxlama zamanı avtomobilin kabinəsində, sürücü oturacağının üzlüyünün altında olan boşluqdan və qabda olan “plov” yeməyinin içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 12,1 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti