Jirinovski yeddinci dəfə COVID-19-a qarşı peyvənd vurdurub

Jirinovski  yeddinci dəfə  COVID-19-a qarşı peyvənd vurdurub
  15 Dekabr 2021    Oxunub:808
Rusiyanın Liberal Demokrat Partiyasının(LDP) rəhbəri Vladimir Jirinovski koronavirusa qarşı yeddinci dəfə peyvənd olunub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, partiya sədri bundan əlavə, qripə qarşı da peyvənd olunduğunu söyləyib.

- Dostlar, peyvəndlənin. Mən artıq "Sputnik V" ilə, bu dəfə isə "CoviVac" ilə vaksinasiyadan keçdim. Bu, təsirsiz hala salınmış virusa malik klassik peyvənddir, texnologiya onilliklərdir sınaqdan keçirilir. Ümumilikdə, bu, 2020-ci ilin sentyabrından başlayaraq yeddinci peyvənddir ki vurdururam. Mən heç vaxt koronavirusa yoluxmamışam, özümü yaxşı hiss edirəm, - Jirinovski Teleqram kanalında yazıb.

Bundan əlavə, o qeyd edib ki, Rusiyada peyvənd hələ də kifayət qədər populyar deyil və ölkə pandemiyada ciddi itkilərə məruz qalır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin   Rusiya  





Xəbər lenti