Feysbukun işində çətinlik yaranıb

Feysbukun işində çətinlik yaranıb
  15 Dekabr 2021    Oxunub:944
Müxtəlif ölkələrdən olan Feysbuk istifadəçiləri xidmətin nasazlığından şikayətlənirlər. Downdetector internet saytından verilən məlumata görə, problemlər barədə ilk xəbərlər təxminən saat 18:00-da yaranıb, lakin saat 21:00-da onların sayı xeyli artıb. Bundan əlavə, Messencerdə də problemlər var.
Çətinliklər ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrdə qeydə alınıb. Əsasən hesaba daxil olmaq, vebsaytın işləməsi və sosial şəbəkə tətbiqi ilə bağlı problemlər var.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:



Xəbər lenti