- Ola bilsin ki, təyyarə Rusiyanın Ukraynaya mümkün hücumu ilə bağlı sınaqdan keçirilir,-"Dialogue.ua" nəşri yazıb.
Məqalədə qeyd edilir ki, "İl-96-300PU" altı nüsxədə yaradılıb. Təyyarə nüvə münaqişəsi zamanı silahlı qüvvələrə nəzarət etməyə imkan verən avadanlıqla təchiz edilib.
|
| "Rusiya Ukrayna ilə müharibədə tanklardan istifadə etməyəcək"- Korotçenko |
- RA-96024 bort nömrəli "İl-96-300PU"-ya gəlincə, bu təyyarə Xüsusi Uçuş Qrupu (SLO) üçün hazırlanıb və ilk uçuşunu 9 aprel 2021-ci ildə edib. Pəncərələrin mövcudluğuna görə, o, "salon" versiyasında qurulub və ölkənin yüksək səviyyəli rəhbərlərinin uçuşlarına xidmət etmək üçün nəzərdə tutulub.
Voronej aviasiya zavodunda (VASO) hazırlanmış təyyarə hazırda sınaqdan keçirilir. Təbii ki, sınaq uçuşları zavodun uçuş-enmə zolağının yaxınlığında və Voronej vilayəti üzərində həyata keçirilir. Bu səbəbdən də o müşahidə edilib. O da məlumdur ki, haqqında söz açılan təyyarə buraxıldığı gündən beş dəfə uçuş həyata ekçirib. Sonuncu uçuş bu ilin dekabrın 15-nə təsadüf edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


