"Azərbaycanla razılaşma bölgənin simasını dəyişəcək"- Paşinyan

   "Azərbaycanla razılaşma bölgənin simasını dəyişəcək"-   Paşinyan
  16 Dekabr 2021    Oxunub:1547
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunmuş razılaşmadan danışıb. AzVision.az xəbər verir ki, hökumətin iclasında çıxış edən baş nazir Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsinə toxunub.
O bildirib ki, Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil.

- Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir,-Paşinyan deyib.

Ermənistan baş naziri yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltməyin vacibliyini də vurğulayıb.

Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Ermənistan rəhbəri Gümrü-Qars dəmir yolundan da söz açıb. O deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan   Dəmir-Yolu  



Xəbər lenti