MOK-un baş katibi dəyişib, yeni vitse-prezidentlər seçilib

   MOK-un baş katibi dəyişib, yeni vitse-prezidentlər seçilib
  16 Dekabr 2021    Oxunub:1089
Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
Qurumdan AzVision.az -a verilən məlumata görə, iclasda Azər Əliyev MOK-un yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.

Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib. Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.

AzVision.az


Teqlər: MOK  





Xəbər lenti