Stoltenberq :“Alyans Rusiyanın etirazlarına baxmayaraq genişlənəcək”
“Biz Rusiyanın etirazlarına baxmayaraq, artıq Monteneqro və Şimali Makedoniyanı qəbul etmişik. Təşkilat alyansın Ukrayna və Gürcüstana NATO-ya üzvlük vermək vədinə yenidən baxmağı tələb edən Moskva ilə güzəştə getmək niyyətində deyil”.
Stoltenberq eyni çıxışı zamanı bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya müxtəlif növ hərbi texnika, o cümlədən pilotsuz təyyarələrə qarşı sistemlər və qış geyimləri təqdim edib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Ukrayna təşkilatın tələblərinə cavab verərsə, NATO-ya üzv olmaqda irəli gedə bilər.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


