Kənd qadınları məişət zorakılığına “Dur” deyəcək
Bəsti isə Ləkit kəndindəki qadınlarla əl-ələ verərək, "Yasəmən" Qadın Qrupuna rəhbərlik edir. Əbəs yerə deməyiblər ki, söz bir olsa, dağ oynayar yerindən. Bizim xanımlar da əlbirliyi ilə şirniyyat evi açaraq, arıçılıq və fındıq becərməklə məşğuldurlar. Müharibə və pandemiya dövründə bu qrup, kəndin "olmazsa-olmaz"ına çevrildi. Cəbhəyə sovqat göndərmək, kənddəki imkansız ailələrə dəstək, xəstə və yaşlı kimsəsizlərə baş çəkmək, arxa durmaqla!
Hər 2 qrupun zəhmətkeş xanımlarının arzuları da, işgüzar planları da çoxdur. Amma həm Tünzalə ilə Zümrüd, həm də onlar kimi yüzlərlə əməkçini bir arada birləşdirən Azərbaycan Kənd Qadınları Assosiyasının (AKQA) digər üzvləri bu fikirdədirlər ki, məişət zorakılığı, erkən nikah bəlaları hər il kəndlərimizdəki onlarla qadının gələcəyini qırır, xəyallarını param-parça edir. Odur ki, kənd qadınları bu sahədə də qüvvələrini birləşdirmək qərarı veriblər. Dekabrın 17-də AKQA ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Gələcəkdə kənd qadınlarının əl əməyi, alın təri, göz nuru ilə qazandığı nailiyyətlərlə hər kəs yaxından tanış olsun deyə, təşkilatın www.arwa.az saytı da istifadəyə verilir. Bununla 22 rayonda fəaliyyət göstərən əməkçi qadınlarımız kənddən çıxmadan, əziyyət çəkmədən məhsullarını onlayn sata biləcəklər.
AKQA-nın sədri Gülbəniz Qənbərovanın sözlərinə görə, kənd qadınlarının rəqəmsal texnologiyalardan istifadə bacarıqları da təkmilləşdiriləcək.
AzVision.az
Teqlər: