"Ukrayna NATO-ya daxil olmaqla bağlı dəqiq cavab almayıb" - Kuleba

"Ukrayna NATO-ya daxil olmaqla bağlı dəqiq cavab almayıb" -    Kuleba
  17 Dekabr 2021    Oxunub:1445
"Ukraynanın NATO-ya və Avropa İtifaqına (Aİ) daxil olması ilə bağlı suallara aydın cavablar lazımdır, lakin ölkə onları ala bilmir”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Bundan əvvəl o, prezident Vladimir Zelenskinin NATO-nun baş katibi Yens Stoltenberqdən Ukraynanın nə vaxt alyansa üzv olacağını soruşduğunu, lakin ona il deyilmədiyini açıqlayıb.

“Biz çoxdan belə bir mövqedəyik ki, həm Avropa İttifaqına, həm də NATO-ya inteqrasiya sonsuz proses ola bilməz, ona görə də, hər iki istiqamətdə bütün nailiyyətlərə baxmayaraq – həm Avropaya inteqrasiya, həm də Avro-Atlantik üçün çox uğurlu il oldu – biz dəqiqlik istəyirik. Gələn il Madriddə NATO-nun mühüm sammiti keçiriləcək, burada alyansın gələcək inkişafı kursu müəyyən ediləcək, ona görə də biz bu məsələni qaldırdıq. Anladıq ki, dəqiq cavab ala bilməyəcəyik, amma bu məsələ qaldırılmalıdır və biz də belə edirik”, - Kuleba “1+1” telekanalının efirində deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Dmitri-Kuleba  



Xəbər lenti