BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməni qəbul etdi

 BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməni qəbul etdi
  17 Dekabr 2021    Oxunub:1337
BMT Baş Assambleyası səs çoxluğu ilə nasizm və irqçiliyin qəhrəmanlaşdırılmasını pisləyən Rusiyanın qətnamə layihəsini qəbul edib. Layihənin əleyhinə yalnız ABŞ və Ukrayna səs verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki missiyası “Twitter”də məlumat yayıb.

Qətnamə “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə şərait yaradan digər təcrübələrlə mübarizə” adlanır, onu 130 dövlət dəstəkləyib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı nəticələrə əsasən, Fransa, Almaniya, Niderland və Polşa da daxil olmaqla 49 ölkə səsvermədə bitərəf qalıb.

Sənədin müəllifləri nasizmin tərənnümü və təbliği ilə bağlı insidentləri, xüsusən də İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr də daxil olmaqla nasizm yönümlü məzmunlu qraffiti və rəsmlərin tətbiqini kəskin şəkildə pisləyir.

Qətnamə dövlətləri irqi ayrı-seçkiliyin bütün formalarını bütün müvafiq vasitələrlə, o cümlədən şərait tələb edərsə, qanunla aradan qaldırmağa çağırır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: BMT   Qətnamə  



Xəbər lenti