Ermənistanın "Eurovision" təmsilçisi azərbaycanlılara müraciət etdi

   Ermənistanın  "Eurovision"  təmsilçisi azərbaycanlılara müraciət etdi
  17 Dekabr 2021    Oxunub:7216
Ermənistanı "Eurovision" müsabiqəsində təmsil edən müğənni Malena azərbaycanlılara müraciət edib.

AzVision.az xəbər verir ki, müğənni sosial şəbəkələrdə etdiyi paylaşımda azərbaycanlılardan ona səs vermələrini istəyib.
- Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm. Amma "JESC” (Junior Eurovision Song Contest-red.) hamımımızı birləşdirməlidir. Ermənistan və Malenanı dəstəkləyin. Biz də Sona Əzizova və onun "O günlərdən biri" adlı sehirli balladasını dəstəkləyəcəyik. Uğurlar Azərbaycan və Ermənistan".

Qeyd edək ki, bazar günü Fransanın paytaxtı Parisdə baş tutacaq 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycan 3 illik fasilədən sonra təkrar çıxış edəcək.

Avropa səhnəsində Sona Əzizova “One of Those Days” mahnısı ilə ölkəmizi təmsil edəcək.

19 ölkənin iştirakı ilə reallaçacaq yarışmada böyüklər üçün nəzərdə tutulan Avroviziyadan fərqli olaraq hər bir ölkə özünə onlayn qaydada ödənişsiz şəkildə səs verə biləcək.



Tural Tağıyev
AzVision.az




Teqlər: Ermənistan   Evrovision   Azərbaycan  



Xəbər lenti