Brüssel Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadıb
“Avropa İttifaqının 27 ölkəsinin liderləri Rusiyaya qarşı iqisadi sanksiyaların müddətini uzatmaq barədə yekdulliklə qərar qəbul ediblər. Biz Rusiyanı Minsk razılaşmalarını və bu müstəvidə öz üzərinə düşən hissəni yerinə yetirməyə çağırırıq. Ukraynaya qarşı təcavüz olacağı təqdirdə isə Rusiyanı genişmiqyaslı nəticələr gözləyir və bu təcavüz Rusiyaya çox baha başa gələcək”, - Şarl Mişel deyib.
Amma Avropa Şurasının sədri də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen kimi, belə olacağı təqdirdə Avropanın konkret hansı addımları atacağı məsələsniə aydınlıq gətirməryib.
Moskva isə növbəti dəfə Donbassdakı hadisələrin Ukraynadaxili münaqişə olduğunu, Rusiyanın isə ATƏT, Fransa və Almaniya ilə birgə bu münaqişənin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsində iştirak etdiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


