İrəvanda etiraz aksiyası keçirilir- CANLI

   İrəvanda etiraz aksiyası keçirilir-   CANLI
  17 Dekabr 2021    Oxunub:819
Ermənistanda etiraz aksiyası keçirilir. AzVision.az xəbər verir ki, paytaxt İrəvanda mitinq keçirən ermənilər hakimiyyət əleyhinə şüarlar səsləndirirlər.
Aksiya “Daşnaksütyun” funksioneri, vitse-spiker İşxan Saqatelyanın dünən gecə xalqa müraciətindən sonra planlaşdırılıb. Vətəndaşlar Saqatelyanın çağırışı ilə Ali Məhkəmə Şurasının binası qarşısına toplaşıblar.

Qeyd edək ki, Saqatelyan dünən gecə xalqa müraciət edərək ölkədə repressiyalara, siyasi təqiblərə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına etiraz edən vətəndaşları meydana dəvət etdi.





Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan  



Xəbər lenti