Rusiya yeddi Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoydu

Rusiya yeddi Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoydu
  17 Dekabr 2021    Oxunub:867
Moskva avqust ayında Londonun yeddi Rusiya vətəndaşına qarşı elan etdiyi sanksiyalara cavab olaraq, Rusiya əleyhinə fəaliyyətdə iştirak edən eyni sayda Britaniya nümayəndələrinin ölkəyə girişini qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Londonun qeyri-dost hərəkətlərinə cavab olaraq və qarşılıqlılıq prinsipi əsasında anti-Rusiya fəaliyyətində yaxından iştirak edən Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb. Onlar üçün Rusiya Federasiyası ərazisinə giriş bağlanıb. Biz bir daha Britaniya rəhbərliyini ölkəmizə münasibətdə qarşıdurma xəttindən əl çəkməyə çağırırıq. İstənilən qeyri-dost addım cavabsız qalmayacaq", - Zaxarova əlavə edib.

Avqustun 20-də Britaniya hakimiyyəti müxalifət lideri Aleksey Navalnı ilə insidentdə əli olduğu güman edilən 7 FSB əməkdaşına sanksiya tətbiq edib. Bu, Navalnı hadisəsindən sonra Londonun Rusiyaya qarşı qəbul etdiyi ikinci sanksiyalar paketidir.

AzVision.az




Teqlər: Rusiya   Britaniya  



Xəbər lenti