İranın nüvə proqramı üzrə danışıqlar davam etdiriləcək - XİN

İranın nüvə proqramı üzrə danışıqlar davam etdiriləcək -    XİN
  17 Dekabr 2021    Oxunub:700
"İranın nüvə proqramı üzrə Vyanada keçirilən danışıqlar bir neçə gündən sonra davam etdiriləcək".
AzVision.az xəbər verir ki, bu barədə İranın XİN rəhbərinin müavini, danışıqlarda iştirak edən Ali Baqeri tvitterdə yazıb.

"Digər nümayəndə heyətləri ilə məsləhətləşmələrdən sonra vəziyyəti qiymətləndirmək və növbəti addımları müzakirə etmək üçün dünən günortadan sonra Avropa İttifaqı nümayəndəsi Enrike Mora ilə görüşdüm.

Bu həftə yaxşı irəliləyişə nail olduq. Bu gün bizim birgə komissiyamızın iclası olacaq və bir neçə günlük fasilədən sonra danışıqları davam etdirəcəyik", - iranlı nazir müavini qeyd edib.

AzVision.az



Teqlər: İran-XİN  



Xəbər lenti