İstanbulda spirtli içkilərdən 22 nəfər zəhərlənərək ölüb

İstanbulda spirtli içkilərdən 22 nəfər zəhərlənərək ölüb
  18 Dekabr 2021    Oxunub:523
İstanbulda son bir ay ərzində saxta spirtli içkilərdən 22 nəfər zəhərlənərək ölüb. Onlardan 11-i xarici ölkə vətəndaşıdır.
AzVision.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Eyni səbəbdən vilayətin müxtəlif xəstəxanalarında daha 16 nəfərin müalicəsi davam edir. Bu şəxslərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilən dövr ərzində İstanbulda saxta içki hazırlanması və dövriyyəsinin qarşısının alınması məqsədilə 56 əməliyyat keçirilib. Bu əməliyyat nəticəsində 78 nəfər saxlanılıb, onlardan 17-si həbs edilib. Eyni əməliyyatlar zamanı 27 ton 619 litr saxta spirtli içki və bu içkilərin hazırlanmasında istifadə olunan müxtəlif materiallar aşkarlanaraq müsadirə olunub.

AzVision.az


Teqlər: İstanbul   Zəhərlənmə  



Xəbər lenti