Paşinyan yeni konstitusiya layihəsinin hazırlanması prosesinə başlayıb

   Paşinyan    yeni konstitusiya layihəsinin    hazırlanması prosesinə başlayıb
  18 Dekabr 2021    Oxunub:1484
Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, şuraya ədliyyə naziri sədrlik edəcək, üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, parlamentdəki fraksiyanın hər birindən bir deputat, Ali Məhkəmənin Hüquq Şurasından bir nəfər, parlamentə daxil olmayan partiyalardan və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan 3 nümayəndə olacaq.

Ermənistanın müdafiə naziri jurnalisti təhqir etdi- VİDEO
- Bundan başqa, ədliyyə nazirinin təklifi ilə şuranın tərkibinə beş il ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların iki nümayəndəsi məsləhətçi səs hüququ ilə daxil edilə bilər. Şura müsabiqə əsasında beş nəfərdən ibarət konstitusiya islahatları üzrə peşəkar komissiya təşkil edəcək. Bura isə hüquqşunaslar, hüquq elmləri doktoru və ya namizədi, yaxud xarici ölkədə hüquq elmləri üzrə magistr dərəcəsi alan və ən azı bu sahədə 7 il iş təcrübəsi olanlar cəlb ediləcək. Nazir bir ay müddətində Konstitusiya İslahatı Şurasının yaradılması ilə bağlı qərar layihəsini hazırlayıb Baş Nazirin aparatına təqdim etməli, onun tərkibini və fəaliyyət qaydasını təsdiqləməlidir. Görünür ölkə yeni dövrün astanasındadır,-məqalədə yazılıb.

Qeyd edək ki, bu yaxınlarda ədliyyə naziri Karen Andreasyan "Sputnik Ermənistan"a müsahibəsində demişdi ki, hazırkı konstitusiyada çoxlu "sualtı daşlar" (Yerli media bunu "tələ" adlandırır-red), çoxlu tənzimlənməmiş və tamamlanmamış məqamlar var. Maraqlıdır ki, prezident Armen Sarkisyan da konstitusiyaya dəyişikliklərin tərəfdarıdır. O hesab edir ki, ölkə yenidən prezident üsul-idarə formasına malik respublikaya çevrilməlidir.

Xatırladaq ki, 2015-ci ildə konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ermənistan prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Konstitusiya   Ermənistan   Şura  



Xəbər lenti