ABŞ-ın hipersəs raketinin sınaqları üçüncü dəfə uğursuz olub

ABŞ-ın hipersəs raketinin sınaqları üçüncü dəfə uğursuz olub
  18 Dekabr 2021    Oxunub:883
ABŞ-da AGM-183A hipersəs raketinin sınaqları növbəti dəfə uğursuzluqla nəticələnib. AzVision.az xəbər verir ki, bu barədə "The Drive" nəşri məlumat yayıb.
Qeyd edilir ki, uğursuzluğun səbəbi açıqlanmır.

-Hərbi Hava Qüvvələri sınaqların ləğv edilməsinin dəqiq səbəbinin hələlik müəyyən edilmədiyini bildirib. B-52H-nin uçuşu zamanı təyyarənin qanadına quraşdırılmış raket buradan çıxa bilməyib, - məqalə müəllifi Cozef Trevitik yazıb.

Rəsmilər bəyan ediblər ki, raket telemetriya məlumatlarının təhlili üçün montaj yerinə qaytarılacaq.

Xatırladaq ki, AGM-183A-nın əvvəlki sınaqları iyul və aprel aylarında keçirilib. Trevitik isə qeyd edir ki, ardıcıl üçüncü uğursuzluq ciddi narahatedici məqam kimi qiymətləndiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket   ABŞ   Sınaq  



Xəbər lenti