"Ankaranın İrəvanla dialoqu Bakı ilə koordinasiya ediləcək" - Vitse-prezident

   "Ankaranın İrəvanla dialoqu Bakı ilə koordinasiya ediləcək" -    Vitse-prezident
  18 Dekabr 2021    Oxunub:773
“Türkiyə təkcə Ermənistanla münasibətlərin normallaşmasının deyil, həm də bütün Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Ankaranın bu məsələdə mövqeyi son dərəcə səmimidir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkənin 2022-ci il dövlət büdcəsi layihəsi ilə bağlı parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi İrəvanla dialoqu çox diqqətlə və Azərbaycanla sıx koordinasiyada aparacaq.

Türkiyənin vitse-prezidenti xatırladıb ki, Azərbaycanın 44 günlük müharibə zamanı atdığı addımlarda beynəlxalq səviyyədə tanınmış özünümüdafiə hüququna əsaslanır.

“Biz Azərbaycanın ədalətli mübarizəsində fəal şəkildə dəstək verdik. Azərbaycan torpaqlarının 30 illik işğalı mövzusu bağlandı. Yeni reallıqlar bu regionda uzunmüddətli sülh və sabitlik üçün münbit zəmin yaradıb”, - F.Oqtay bildirib.

Siyasətçi diqqəti Türkiyə və Azərbaycanın regional əməkdaşlıq platformasının - 3+3 formatı üzrə sülh təşəbbüsünə çəkib: "Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün təmin edilməsi məsələsində Ankaranın mövqeyi dəyişməz qalacaq".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fuat-Oktay  



Xəbər lenti