"Açıq Səma Müqaviləsinin effektivliyi kəskin şəkildə aşağı düşəcək" - Rusiya XİN

"Açıq Səma Müqaviləsinin effektivliyi kəskin şəkildə aşağı düşəcək" -    Rusiya XİN
  18 Dekabr 2021    Oxunub:1022
"Rusiya və ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasından sonra sazişin əhatə dairəsi təxminən 80% azalıb".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"ABŞ və ölkəmizin iştirakı olmadan müqavilənin effektivliyi kəskin şəkildə azalacaq: onun tətbiqi sahəsi təxminən 80%, 2022-ci ildə planlaşdırılan açıq səma missiyalarının sayı da kəskin şəkildə azalacaq", - bəyanatda vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, müqavilə rejiminin deqradasiyasına görə məsuliyyət ASM-nin dağılmasının təşəbbüskarı kimi ABŞ-ın üzərinə düşür.

"İyirmi il ərzində bütün iştirakçı dövlətlər arasında ən çox müşahidə missiyası Rusiya tərəfinin payına düşüb. Rusiya ASM çərçivəsində rəqəmsal müşahidə avadanlığına keçən ilk dövlət oldu. Təəssüf ki, bizim bütün səylərimiz Müqaviləni onun müəlliflərinin düşündüyü formada qoruyub saxlamağa imkan vermədi. O, ABŞ-da müxtəlif təsir qruplarının daxili mübarizəsinin qurbanı oldu. Biz Müqavilədə qalan iştirakçı dövlətlərin onun icrasını davam etdirmək qərarına hörmətlə yanaşırıq. Onlara konstruktiv və səmərəli əməkdaşlıq arzulayırıq", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   ASM  



Xəbər lenti