Rusiyada virusdan ölənlərin sayı 296 mini keçib

Rusiyada virusdan ölənlərin sayı 296 mini keçib
  18 Dekabr 2021    Oxunub:696
Rusiyada son sutka ərzində daha 27 434 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 10 186 823 nəfərə çatıb.

Ötən gün Rusiyada koronavirusdan 1076 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 296 180 nəfərə çatıb. İndiyədək 8 952 26 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  



Xəbər lenti