Çavuşoğlu Əfqanıstan üzrə fövqəladə iclasda iştirak edəcək

Çavuşoğlu Əfqanıstan üzrə fövqəladə iclasda iştirak edəcək
  18 Dekabr 2021    Oxunub:535
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 19-da Əfqanıstandakı humanitar böhranla əlaqədar İslamabadda keçiriləcək fövqəladə iclasda iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstan üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq. İclasda Əfqanıstandakı humanitar böhranın aradan qaldırılması üçün dəstək cəhdləri ilə bərabər, Fələstin problemi ilə bağlı fikir mübadiləsinin aparılması və gündəmdəki digər məsələlərlə bağlı qərarların qəbulu nəzərdə tutulub.

Səfər çərçivəsində Çavuşoğlunun bir sıra ikitərəfli görüşlərinin keçirməsi də planlaşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mövlud-Çavuşoğlu  



Xəbər lenti