|
| Kapitolidə 50-dən çox polis yaralanıb |
Qeyd olunur ki, daxili parçalanma halında bəzi hərbi qulluqçular hazırkı prezident Co Baydenin əmrlərini yerinə yetirməkdən imtina edə bilərlər. Belə bir ssenari isə vətəndaş müharibəsinə gətirib çıxara və bu situasiya ABŞ əleyhdarları tərəfindən istifadə oluna bilər. İstefada olan generallar vəziyyətin belə inkişaf etməməsi üçün təcili addımlar atmağa çağırırlar. Xüsusilə, komanda strukturunun gücləndirilməsini və mütəmadi olaraq “potensial üsyançıların” müəyyən edilərək təcrid edilməsini zəruri hesab edirlər.
Xatırladaq ki, ABŞ-da növbəti seçkilər 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu, ölkədə 60-cı prezident seçkiləri olacaq.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


