Ukrayna və ABŞ rəsmiləri Donbası müzakirə ediblər

Ukrayna və ABŞ rəsmiləri Donbası müzakirə ediblər
  18 Dekabr 2021    Oxunub:730
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ilə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Yermak tviterdə yazıb.

“Biz Ukrayna ətrafında gərginliyin azaldılmasını, sülh prosesi istiqamətində gələcək addımları müzakirə etdik. Ukrayna ilə ABŞ arasındakı daimi və effektiv qarşılıqlı əlaqələri yüksək qiymətləndirirəm”, - o deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti