“Şimal axını -2” geosiyasi səhv idi - Vitse-kansler

“Şimal axını -2” geosiyasi səhv idi -    Vitse-kansler
  18 Dekabr 2021    Oxunub:1442
“Şimal axını -2” qaz kəmərinin tikintisi ilə bağlı qərar geosiyasi səhv idi”.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri, vitse-kansler Robert Habek (İttifaq 90/Yaşıllar partiyası) deyib.

"Geosiyasi baxımdan "Şimal axını - 2" səhv idi. Almaniya və Avstriya istisna olmaqla, bütün Avropa ölkələri həmişə bunun əleyhinə olub. İndi kəmər çəkilib. Onun işə salınması məsələsi açıq qalır. Bu məsələ Avropa və milli qanunlar əsasında həll edilməlidir", - vitse-kansler söyləyib.

O, əlavə edib ki, Almaniya tənzimləyicisi Federal Şəbəkə Agentliyi qanun əsasında qərar verəcək: "Digər sual isə Rusiya yenidən Ukraynanın ərazi bütövlüyünü pozarsa və eskalasiya olarsa, nə baş verəcəyi ilə bağlıdır".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Şimal-axını  



Xəbər lenti