Belarusda nüvə silahı yerləşdirilə bilər

Belarusda nüvə silahı yerləşdirilə bilər
  18 Dekabr 2021    Oxunub:1357
"Belarus NATO-nun təhdidləri altında öz ərazisində nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirir".
AzVision.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey "RT Arabic"-ə müsahibəsində məlumat verib.

Rusiyanın döyüş təyyarələri Belarusda patrul uçuşu həyata keçirib
Qeyd edək ki, bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko "RİA Novosti" agentliyinə müsahibəsində NATO-nun Polşada oxşar addım atacağı təqdirdə Rusiya Federasiyasına Belarus ərazisində nüvə silahı yerləşdirməyi təklif edəcəyini bəyan etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Lukaşenkonun bəyanatı Qərbə xəbərdarlıq kimi qəbul edilməlidir. “Prezident Lukaşenkonun Belarus ərazisində nüvə silahının yerləşdirilməsi imkanını nəzərdən keçirdiyimiz barədə dedikləri Şimali Atlantika Alyansının Polşa ərazisində gələcək mümkün hərəkətlərinə mümkün cavablardan biridir”, - Lavrov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Rusiya   Nüvə  



Xəbər lenti