Pakistanda baş verən partlayışda 16 nəfər ölüb

Pakistanda baş verən partlayışda 16 nəfər ölüb
  18 Dekabr 2021    Oxunub:1361
Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici müdia məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi özünün tvitter səhifəsində 10 nəfərin ölməsi barədə məlumat verib.

AzVision.az



Teqlər: Pakistan   Parttlayış  



Xəbər lenti