Əfqanıstan paytaxtında güclü partlayış olub

Əfqanıstan paytaxtında güclü partlayış olub
  18 Dekabr 2021    Oxunub:1180
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası hadisə şahidlərinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Məlumata görə, insident Kabilin Barki qovşağında avtomobilə bərkidilmiş maqnit minasının partlaması nəticəsində qeydə alınıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışın yerli sakinlər tərəfindən daşınan qaz balonunun partlaması nəticəsində baş verdiyini iddia edir.

AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  



Xəbər lenti