Filippində güclü qasırğa olub

Filippində güclü qasırğa olub
  18 Dekabr 2021    Oxunub:1571
Filippində güclü "Paradise" qasırğası azı 31 nəfərin həyatına son qoyub.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli hakimiyyət orqanları ölənlərin sayı ilə bağlı məlumatların hələ də dəqiqləşdiriləcəyini bildirir.

Qasırğanın ilk zərbəsini alan Siarqao adasında vəziyyət xüsusilə pisdir. Adaya dəymiş ziyan 400 milyon ABŞ dolları olaraq qiymətləndirilir.

Bir çox yaşayış məntəqələri ilə hələlik əlaqə olmadığından təcili yardım xidmətləri ölümlərin daha çox olacağını istisna etmir. Dağıntı səbəbindən adalarda bəzi xəstəxanalar işləmir və yaralıları qəbul edə bilmir.

Bundan əlavə, adalarda sərnişin və yük daşımaları pozulub.

AzVision.az



Teqlər: Filippin   Qasırğa  



Xəbər lenti