İzmirdə mədəndə partlayış - 45 nəfər yaralanıb

   İzmirdə mədəndə partlayış -    45 nəfər yaralanıb
  19 Dekabr 2021    Oxunub:721
Türkiyənin İzmir vilayətində kömür mədənində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger açıqlama verib.

Xəsarət alan işçilərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 19-da Türkiyənin İzmir vilayətində kömür mədənində partlayış meydana gəlib. Hadisə baş verən zaman mədəndə 50-dək işçi olub.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:



Xəbər lenti