Türkiyədə avtobus aşdı - İki azərbaycanlı öldü

   Türkiyədə avtobus aşdı -    İki azərbaycanlı öldü
  19 Dekabr 2021    Oxunub:949
Türkiyədə güclü qar yol qəzasına səbəb olub.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Qars-Ərzurum magistral yolunun Sarıqamış rayonu Mescitli kəndi ərazisində İğdır-Ankara marşurutu üzrə hərəkət edən avtobus qar yağması səbəbiylə aşıb.
Qəza nəticəsində Azərbaycan vətəndaşları olan 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova, o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti