Səfirlik qəzada ölən azərbaycanlıların ailələrinə başsağlığı verdi

   Səfirlik qəzada ölən azərbaycanlıların ailələrinə başsağlığı verdi
  19 Dekabr 2021    Oxunub:599
Türkiyənin Azərbaycandakı Səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.
Bu barədə AzVision.az səfirliyin tviterdəki hesabına istinadən xəbər verir.

“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, - səfirliyin tviterdəki hesabında qeyd edilib.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti