Qarsda ölən iki azərbaycanlının cənazəsi Naxçıvana göndəriləcək

   Qarsda ölən iki azərbaycanlının cənazəsi Naxçıvana göndəriləcək
  19 Dekabr 2021    Oxunub:961
“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.
Bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib:

“Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək”.

Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti