İranda ilk dəfə "omikron"a yoluxma qeydə alınıb

İranda ilk dəfə "omikron"a yoluxma qeydə alınıb
  19 Dekabr 2021    Oxunub:951
İranın paytaxtı Tehranda koronavirusun "omikron" ştamı ilə ilk yoluxma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi yanında Yoluxucu Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quia bildirib.

“Bu səhər İranda qonşu ölkədən yenicə qayıdan Tehrandan olan həmyerlimizdə ilk dəfə omikrona yoluxma halı aşkarlanıb”, - deyə IRIB telekanalı Quiadan sitat gətirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti