"Azərbaycandan alınan mazut sayəsində böhran aradan qaldırıldı" - Vuçiç

"Azərbaycandan alınan mazut sayəsində böhran aradan qaldırıldı" -    Vuçiç
  19 Dekabr 2021    Oxunub:588
Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində "tam xaos" yaranır.
AzVision.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Kostolats" İES-ə baxış keçirən zaman deyib.

"Hazırda Serbiyada 500 ev təsərrüfatından başqa hamının elektrik enerjisi var. Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə stabildir. Bir az sakitləşə bilərik, baxmayaraq ki, Avropanın əhəmiyyətli bir hissəsində tam xaos yaranmağa başlayır, bunu hər yerdə, bütün birjalarda, hər qiymətdə görmək olar", - deyə Serbiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Serbiyada enerji böhranı Azərbaycandan və İrandan alınan mazut sayəsində aradan qaldırılıb.

AzVision.az

Teqlər:







Xəbər lenti