Filippində qasırğa nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb

Filippində qasırğa nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb
  20 Dekabr 2021    Oxunub:789
Filippində "Rai" qasırğası nəticəsində 208 nəfər həyatını itirib, 52 nəfər itkin düşmüş hesab olunur.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Təbii fəlakət zamanı azı 239 sakin xəsarət alıb.

Mərkəzi Visayi regionunda - 129 nəfər, Qərbi Visayi regionunda - 22 nəfər, 10 nəfər Karaqa bölgəsində, 7 nəfər isə Şimali Mindanaoda ölüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Filippin  



Xəbər lenti