Bu gün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Bu gün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək
  20 Dekabr 2021    Oxunub:697
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, iclasda daxili və xarici gündəmin əsas məsələləri müzakirə ediləcək.

Toplantıda iqtisadiyyatın vəziyyəti, məzənnə dəyişikliyi, qəbul edilən qərarların bazara təsiri qiymətləndiriləcək. Həmçinin, İstanbulda keçirilən Türkiyə-Afrika Tərəfdaşlıq Sammiti nəzərdən keçiriləcək.

Nazirlər Kabinetinin iclasında terrorla mübarizə, koronavirusla mübarizədə son vəziyyət dəyərləndiriləcək. Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti