"Pekin Vaşinqtonla qarşıdurmadan qorxmur" - XİN başçısı
"Çinin mövqeyi aydın və dəyişməzdir: dialoq bərabər şəkildə aparılmalıdır. Biz əməkdaşlığı alqışlayır, lakin bu, qarşılıqlı faydalı olmalıdır. Çin qarşıdurmadan qorxmur və sona qədər mübarizə aparmaq əzmindədir", - nazir bildirib.
Van Yi əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini, qarşıdurmanın isə hamıya zərər verəcəyini vurğulayıb. Onun sözlərinə görə, son bir ildə qarşıdurmanın kəskinləşməsi bir daha nümayiş etdirdi ki, Çin-ABŞ münasibətlərinin ciddi çətinliklər və bir çox çağırışlarla üzləşməsinin əsas səbəbi Vaşinqtonun Çin və Çin-ABŞ münasibətlərinə strateji baxımdan düzgün qiymət verməməsidir.
“Birləşmiş Ştatlarda bəzi insanlar digər ölkələrin inkişaf hüququna malik olduğunu, Çinin daim güclənməsi faktını qəbul etmək istəmirlər. Çin və ABŞ-ın qarşılıqlı faydalı əməkdaşlıq yolunu tuta biləcəyi ilə razılaşmaq istəmir və Pekini cilovlamaq, sıxışdırmaq üçün bir qrup yaratmağa çalışırlar", - XİN rəhbəri söyləyib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


